Bayden Putinə nə təklif edəcək? KİBER TƏHLÜKƏSİZ SİSTEMİ YARADILIR

ABŞ prezidenti Co Bayden, rus həmkarı Vladimir Putin ilə beynəlxalq kiber təhlükəsizlik standartlarını müzakirə etmək istədiyini söyləyib. SİA xəbər verir ki, ABŞ prezidenti bunu Ağ Evdə jurnalistlərə deyib.

"Biz bir növ çalışırıq ki, beynəlxalq standartlara nail olaq və bununla da meydana gələn cinayət fəaliyyətinin qarşısını alaq və hamımız bu cinayətkar qruplara qarşı hərəkət edək. Mən güman edirəm ki, danışacaqlarımız mövzulardan biri də bu olacaq”, deyə Co Bayden bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Bayden Kremlin yüksək səviyyəli kiberhücuma qarışmadığını, lakin ABŞ-ın hakerlərin Rusiyada ola biləcəyinə şübhə etməsi üçün əsas olduğunu söyləmişdi.

Xatırladaq ki, “Colonial Pipeline” kiber hücumuna məruz qalıb. Hücum şirkətin "bütün boru kəmərləri əməliyyatlarını müvəqqəti dayandırıb və bəzi məlumat sistemlərinə təsir edib, bəzi sistemlərin bağlanmasına səbəb olub. Bütün bunlar xüsusən də ABŞ-da benzinin topdansatış qiymətlərinin yüksəlməsilə və yanacaqdoldurma məntəqələrində ara-sıra ləngimələrlə nəticələnib.

Diqqətə çatdıraq ki, keçən ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putin Amerika tərəfinə kiber təhlükəsizlik sahəsində effektiv əməkdaşlığa qayıtmaq üçün bir sıra tədbirlər təklif etmişdi, lakin nə Trump administrasiyası, nə də Bayden komandası tərəfindən heç bir reaksiya olmamışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...