Obama və Kameron: “Hərbi əməliyyatlar Qəddafi hakimiyyətdən getməyənə qədər davam edəcək”
ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kameron Liviyada hərbi əməliyyatların Müəmmar Qəddafinin mülki vətəndaşlara hücumları dayandırmayana və hakimiyyətdən əl çəkməyənə qədər davam edəcəyini bildiriblər.
Londonda birgə mətbuat konfransında danışan Obama Qəddafiyə təzyiqlərin azalmayacağını deyib. Kameron bildirib ki, Britaniya təzyiqin artırılması üçün bütün vasitələri nəzərdən keçirir. Hər iki lider bildirib ki, məqsəd Liviya xalqının öz gələcəyini \"seçmək\" imkana malik olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB