Avropa Şurası Yunanıstana XƏBƏRDARLIQ EDİB

Avropa Şurası, Yunanıstanı qaçqınların Egeydəki türk ərazi sularına geri qaytarması mövzusunda xəbərdar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şuranın insan hüquqları komissarı Dunja Miyatoviç, 3 yunan nazirliyinə məktub yazaraq sığınacaq axtaranların geri qaytarılmasını dayandırmalarını istəyib.

Avropa Şurası İnsan Hüquqları komissarı Dunja Miyatoviç, Yunanıstanı Türkiyədən sığınacaq axtaranların geri qaytarmasını dayandırmağa və bu mövzuda insan hüquqları öhdəliklərini yerinə yetirməyə çağırıb.

3 Mayda "Vətəndaşların Müdafiəsi", "İmmiqrasiya və sığınacaq" və "Dənizçilik" nazirlərinə məktub göndərib. Avropa Şurası İnsan Hüquqları komissarı Miyatoviç, Türkiyədən yunan adalarına gələn mühacirlərin işlərinə dair məlumatlar səsləndirib. Yunan təhlükəsizlik qüvvələri tərəfindən yenidən Türkiyə tərəfinə qaytarıldığını söyləyib. Miyatoviç, bu insanlar arasında, Yunanistan tərəfindən rəsmi olaraq qaçqın kimi qeydiyyata alındıqdan sonra Türkiyə tərəfinə göndərilənlərin də olduğunu bildirib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...