İsrail çərşənbə günü səhər Qəzzadan 1000-dən çox raket atıldığını açıqlayıb. SİA-nın verdiyi məlumata görə, bu raketlərin təxminən 850-nin "Dəmir günbəz" tərəfindən məhv edildiyi bildirilir. Açıqlamaya görə, qalan 200-ə yaxın raket Qəzza zolağının sərhədlərinə düşüb. Bundan sonra İsrailin hava hücumundan müdafiə sisteminin, "Dəmir günbəz"in nə olduğu, xüsusiyyətlərinin nədən ibarət olduğunu araşdırdıq.

"Dəmir günbəz" İsrail şirkəti "Rafael Advanced Defence Sistems" və İsrail "Aerospace Industri" tərəfindən hazırlanmış mobil hava müdafiə sistemidir. İsrailin Qəzza və Qərb Şəriyədən raket və ya digər hava hücumlarına qarşı yaratdığı inkişaf etmiş bir hava müdafiə sistemi olan "Dəmir günbəz" adlanan qısa mənzilli sistem radar və kameralarla işləyir. Raketləri və top mərmilərini işə salındıqdan bir neçə saniyə sonra aşkarlayır və məhv edir.

İsrail, Həmas və digər müqavimət qrupları tərəfindən atılan raketlərin vurduğu zərər və insan itkisini minimuma endirmək üçün 2011-ci ildə bu sistemi tamamlayaraq istifadəyə vermişdi. Təməli 2005-ci ildə qoyulub. Hizbullah və Həmas hücumlarının sıx olduğu bir dövrdə "vətəndaşları qorumaq" üçün xidmətlər göstərib. 2011-ci ildə aktiv şəkildə istifadəyə verilmişdir. İşləmə üsulu atılan raketin müəyyənləşdirilməsi, hədəfə kilidlənməsi və havada olarkən raketin məhv edilməsidir. 2011-ci ildən bəri istismara verilən sistem, havadakı 10 raketdən 8-ni vurur. Bu gün də istifadə olunur.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə