Türk ordusu bu sayda terrorçunu zərərsizləşdirib

Bu il 23 aprel tarixində başladılan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatlarında indiyə qədər 1056 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələrinin komandirləri gecə boyunca Şırnakdakı mərkəzdən əməliyyatlara nəzarət ediblər.

Əməliyyatların planlaşdırıldığı kimi davam etdiyini deyən Akar, 1 yanvar tarixindən bəri zərərsizləşdirilən terrorçuların ümumi sayının 1056 nəfər olduğunu vurğulayıb.

O, əməliyyatların ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini bildirib. Akar terrorçulara məxsus çox sayda silah və sursatın da ələ keçirildiyini əlavə eedib.

"Həm ölkəmizi, həm də iraqlı qardaşlarımızı terror bəlasından qurtarmaq əsas hədəfimizdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə