Son sutkada 392 nəfər vəfat edib - RUSİYADA

Rusiyada son sutka ərzində koronavirusa 8380 yeni yoluxma halı qeydə alınıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 913 439 nəfərə çatıb.

Rusiyada son bir gündə 392 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 114 723 nəfərdir. İndiyədək 4 527 878 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə