Aktiv xəstələrin sayı 800 mini ötdü ERMƏNİSTANDA

Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 220 217 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 272-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 050 nəfərdir. Aktiv xəstələrin sayı 8550 nəfər təşkil edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...