Fransız astronavtdan bayram təbriki

23 apreldə SpaceX-in Falcon 9 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilən fransız astronavt Thomas Pesquet Məkkənin bütün parıltılı şəkillərini və gecə Məkkəsini paylaşaraq Müsəlmanların Ramazan bayramını təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pesquet "twitter" hesabında "Bayramınız mübarək" heşteqi ilə ingilis və fransız dillərində "Məkkə! O qədər parlaqdır ki, göz qamaşdırır." mesajını paylaşıb.

Qeyd edək ki, dörd astronavt Şane Kimbrough və ABŞ-dan Megan McArtur, yaponiyalı Akihiko Hoşide və Fransa Thomas Pesquet, 23
aprel tarixində Elon Musk-a məxsus SpaceX-in Falcon 9 raketi olan ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) əməliyyatı ilə Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...