BMT Baş Katibi İsrail-Fələstin münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterrreş dinc sakinləri qorumaq məqsədi ilə Fələstin və İsrail arasındakı münaqişənin deeskalasiyasına nail olmağa çağırıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunları baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfrasında deyib.

A.Quterreş bildirib: "Biz indi tamamilə qəbuledilməz şəraitdə ölən dinc sakinlərin həyatlarını qorumaq üçün münaqişənin deeskalasiyasına nail olmalıyıq".

BMT-nin baş katibi S.Lavrovla Suriya, Liviya, Əfqanıstan və Yəməndəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsinin eskalasiyası da daxil olmaqla regional və beynalxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB