ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd olunub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

SİA xəbər verir ki, bu barədə Baş direktor “Twitter” hesabında yazıb.

ÜST rəhbəri peyvəndin insanları xilas etdiyini bildirib. Qeyd edib ki, koronavirus əleyhinə peyvəndlərin ən qısa zamanda bütün ölkələrə çatdırılması çox vacibdir.

Qebreyesus, həmçinin, peyvəndlərin mövcud olduğu ölkə vətəndaşlarına koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə