Pan Gi Mundan Liviyaya çağırış!

Pan Gi Mundan Liviyaya çağırış!
BMT-nin baş katibi liviyalılara çağırış edib. SİA-nın məlumatına görə, Pan Gi Mun Liviya səlahiyyətlilərinə \"gerçək atəşkəs və ciddi mübarizə\" çağırışı edib. Afrika İttifaqının fövqəladə zirvə görüşündə iştirak edən baş katib Liviyada atəşkəsə ehtiyac olduğunu bildirib: \"Ötən gecə Liviyanın baş naziri Əl Bağdadi Əli Əl Mahmudiilə uzunmüddətli telefon danışığından sonra belə qənaətə gəldim ki, Liviyada vəziyyət tezliklə stabilləşməlidir. Mahmudi danışıq zamanı NATO qoşunlarının Liviyada təşkil etdiyi bombalama hadisələrinin artmasından nigarançılığını ifadə etdi. Bütün bunları nəzərə alaraq qeyd edim ki, Liviya xalqı tələblərini öhdələyən hökumətə sahib olmaq üçün atəşkəs rejimini bərpa etməli, sabitliyi qorumalıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə