Dövlətə xəyanət barədə Medvedçuk

Ukraynanın "Həyat Üçün Müxalifət Platforması" Partiyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçuk, ona dövlətə xəyanət şübhəsi ilə bağlı rəsmi bir mesaj verilmədiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Medvedçuk jurnalistlərə deyib.

Eyni zamanda siyasətçi bu barədə ona Baş Prokurorluqda deyildiyini bəyan edib.

RIA Novosti müxbirinin verdiyi məlumata görə Medvedçuk Baş Prokurorluğun ofisində təxminən iki saat yarım qalıb.

Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, Medvedçuk üç işdə şübhəli bilinib. Hər üç iş məlumat ötürülməsi ilə bağlıdır və bu, Ukrayna və ölkədəki daxili siyasətə təsir göstərdiyi bildirilir. Ukrayna qanunlarına görə, bu şübhələr öz təsdiqini taparsa onu 15 ilə qədər həbs cəzası gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə