"İlk həqiqi SİHA gəmisi ola bilər"

"Forbes" jurnalı TCG "Anadolu" döyüş gəmisi haqqında xəbər yayımlayıb. SİA-nın verdiyi məlumata görə, inşaatı davam edən "Anadolu"nun "dünyanın ilk gerçək SİHA gəmisi" ola biləcəyini yazıb.

"Türk Hərbi Dəniz Qüvvələri yeni döyüş gəmisi" Anadolu"nu dünyanın ilk gerçək SİHA gəmisinə çevirə bilər." Bu ifadələr Amerikan Forbes jurnalının yeni məqalələrindən birində ortaya çıxıb. Türk SİHA istehsalçısı Baykarın icraçı direktoru Haluk Bayraktarın təqdimatına əsasən, "Anadolu"nun sadə zenit sistemi ilə "həqiqi bir SİHA gəmisinə çevrilə biləcəyi" ifadə edilib. Raket atış sisteminin TB 2 və TB 3 Bayraktar SİHA-larında istifadə edilə biləcəyini, lakin daha ağır SİHA-lar üçün yetərli olmadığını deyiblər.

Bir çox ölkənin illərdir "SİHA gəmisi" inkişaf etdirməyə çalışdığı vurğulanıb. Bununla birlikdə, Anadolu gəmisi üçün planlaşdırılan metodla Türkiyənin bu sahədə yeni bir zəmin yarada biləcəyi deyilib. Türk SİHA-larının Dağlıq Qarabağ müharibəsindəki rolu, "Forbes" xəbərlərində də xatırlanıb. TGC "Anadolu"nun bir SİHA gəmisinə çevriləcəyi təqdirdə bu potensialın dənizdəki bir platforma vasitəsi ilə əldə edilə biləcəyi ifadə edilib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə