Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Fələstin və İordaniya səfirləri ilə görüşündə Moskvanın Fələstinin İsrail ilə sülh prosesini sürətləndirməyə hazır olduğunu təkrarlayıb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı Fələstin və İordaniya səfirləri İsrailin Şərqi Qüdsün Şeyx Cərrah bölgəsindəki evləri boşaltmaq planlarını və Əl-Əqsa məscidinə olan hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Bölgədəki son vəziyyətlə İsrailin Şərqi Qüds və Qəzzaya hücumlarında həyatını itirənlərin sayı 48-ə yüksəlib. Fələstin Səhiyyə Nazirliyi, 13 uşaq olan 43 fələstinlinin öldüyünü və ümumilikdə 304 nəfərin yaralandığını bildirib.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB