Rusiya heyvanlar üçün hazırlanmış dünyada ilk koronavirus peyvəndi buraxır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya və ABŞ-dakı tədqiqatçılar heyvanlar üçün təsirli bir Covid-19 peyvəndi üzərində işləyərkən, Rusiya artıq heyvanlar üçün covid vaksini hazırladı.

“Carnivac-Kov” adlı peyvəndin mart ayında qeydə alındığını açıqlayan Rus rəsmiləri, bu dəfə heyvanlar üçün Covid-19-a qarşı istehsal olunan ilk və yeganə peyvənd olan “Carnivak-Kov”u bazara çıxardığını açıqlayıb.

Qeyd edək ki, ilkin mərhələdə 7 min doza peyvəndin istehsal edildiyi və ilk partiyanın Rusiyanın bir neçə bölgəsində paylanacağı deyilir.

Almaniya, Polşa, Qazaxıstan, Tayland və Cənubi Koreya kimi ölkələrin şirkətlərinin də peyvəndlə maraqlandığı bildirilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə