Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Natanz nüvə təsisindəki uranın zənginləşdirmə nisbətini 63%-ə qaldırdığını açıqlayıb. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, Agentlik Tehran və Vyanada davam edən nüvə anlaşması danışıqlarından əvvəl 60% saf uran zənginləşdirdiyini elan etmişdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) nüvə monitorinq agentliyinin son hesabatına əsasən, 22 aprel 2021-ci ildə aparılmış ES (ətraf mühit nümunələri) araşdırmalar nəticəsində uranın zənginləşdirmə dərəcəsi 63% olaraq təyin olunub. Bu İranın müəyyən etdiyi zənginləşmə səviyyəsindəki “dalğalanmalar”ın olması ilə izah edilir.
"Reuters" xəbər agentliyinin əldə etdiyi gizli hesabatda bu “dalğalanmaların” səbəbi izah edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB