Benzinin qiyməti rekord həddə çatıb

Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində “Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb. SİA-nın verdiyi məluata görə, beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə