İsrail HƏMAS rəsmilərinin ovuna başlayır

İsrailin Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının kəşfiyyata məsul əsas şəxslərinin məhv ediləcəyini bildirib və bu, özünü çox gözlətməyib. SİA-nın verdiyi məlumata görə, əməliyyat aviasiyanın köməyi ilə həyata keçirilib.

IDF-nin mətbuat xidməti, HƏMAS-ın hərbi kəşfiyyatının təhlükəsizlik şöbəsinin müdiri Həsən Kaoji və əks kəşfiyyatdan məsul olan köməkçisi Vali İssanın da öldürüldüyünü qeyd edib.

Bundan əvvəl HƏMAS hərəkatının Əl-Qəssam Briqadası İsrailə qarşı yüzlərlə raket atmışdı. Hərəkat nümayəndələri atəşlərin intensivləşməsinin Təl-Əvivin Fələstindəki yaşayış binalarına yeni hücumları ilə əlaqəli olduğunu vurğulamışdılar.

Digər bir Fələstin qrupu - İslami Cihad İsrailin Sderot şəhərinə raket hücumu başlatdığını söyləyib. Qüdsdə və Beyt Şemeşdə hava hücumu elan edilib. Bir neçə nəfər yaralanıb.

Ümumilikdə, Qəzza zolağından İsrail ərazisinə mindən çox roket atılıb, bunlardan 200-ü sərhəddi keçməyib və Fələstin anklavı daxilində partlayıb. İsrail ərazisindəki atəşlə eyni vaxtda, yerli məhkəmənin qərarı ilə bir neçə ərəb ailəsinin Məbəd Dağı yaxınlığındakı və Şeyx Cərrah məhəlləsindəki bölgələrdən çıxarıldığı Şərqi Qüdsdəki vəziyyət səbəbiylə qiyamlar başlayıb.

Bundan sonra şəhərdə fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb. İğtişaşlar ərəfəsində Təl-Əvivdən 20 km məsafədə yerləşən Lod şəhərinin rəhbərliyi vəziyyətə nəzarəti itirdiyini açıqlayıb və hərbi dəstək göndərilməsini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...