Bu ölkələrdə Ramazan bayramı - Mayın 13-də keçiriləcək

Özbəkistanda Ramazan bayramı milli və dini ənənələrə, həmçinin karantin qaydalarına uyğun olaraq, mayın 13-də keçiriləcək. SİA xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sənəd imzalayıb.

Sənəddə bildirilir ki, Ramazan bayramı ilə əlaqədar bu il Özbəkistan əhalisi 4 gün - mayın 13-dən 16-dək istirahət edəcək. Qırğızıstan Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bu ölkədə də Ramazan bayramı mayın 13-də qeyd olunacaq.

Məlumatda bildirilir ki, koronavirus epidemiyası ilə bağlı bayram namazı karantin qaydalarına əməl olunmaqla İdarənin təyin etdiyi məscidlərdə qılınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə