Türkiyənin İsrail-Fələstin məsələsindəki mövqeyi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanındakı təmaslarında iki ölkə arasındakı dialoqu davam etdirməyə qərar verdiklərini və İsrailin Qəzza, Məscidi-Əqsaya hücumlarına təpki verdiklərini deyib. O, İsrail hücumları qarşısında Fələstin xalqı üçün atılacaq addımların ətraflı müzakirə ediləcəyini söyləyib.

Çavuşoğlu Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Ferhan Al-Saud ilə ikitərəfli və heyətlərarası görüşlərdən sonra müzakirələr aparıb.

İkitərəfli münasibətlərdə nələr edə biləcəyini və əlaqələrdəki problemli sahələrin necə həll ediləcəyini müzakirə etdiklərini söyləyən Çavuşoğlu, "İki ölkə arasında əməkdaşlığı inkişaf etdirərkən regional məsələlərdə də əməkdaşlığımızı necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik”-deyib.

İsrailin Qəzza və Məscidül-Əqsaya etdiyi hücumlar qarşısında Türkiyənin səssiz qalmadığını qeyd edən Çavuşoğlu yüksək səviyyədə aparılan diplomatik danışıqlara diqqət çəkib.

Çavuşoğlu Ramazan ayından sonra İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirləri səviyyəsində görüş təşkil etmək üçün səudiyyəli həmkarı Bin Ferhan ilə birlikdə danışacaqlarını da qeyd edib.

Çavuşoğlu "Bu qəddarlığı hər zaman qınayırıq, ancaq müsəlmanlar bir addım atmağımızı gözləyir. Bu cür hücumların dərhal dayandırılması lazımdır. Ümid edirəm BMT-nin fövqəladə Baş Assambleyasında (İsrail hücumlarına dair) bir qətnamə çıxaracağıq", -deyib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə