İsrailin qalmaqallı açıqlaması HESABINI VERƏCƏKLƏR

Təl-Əvivdəki və ölkənin müxtəlif bölgələrindəki raket hücumlarından sonra İsrail rəsmiləri HƏMAS və İslami Cihad hərəkatlarına ağır cəza çəkdirəcəkləri barəsində təhdid ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Müdafiə naziri Benni Qantz və Baş Qərargah rəisi Əviv Koçavi ilə birgə mətbuat konfransında danışan Baş nazir Binyamin Netanyahu, "Biz müharibənin mərkəzindəyik. Bu gün İsrail ordusu Həmas və İslami Cihadın yüzlərlə hədəfinə hücum edib" deyib.
Qəzzadan İsrailə atılan raketləri "təcavüz" olaraq xarakterizə edən Netanyahu, onlarla liderin öldürüldüyünü, fələstinlilərin olduqları binaları yıxdıqlarını və hücumu bütün gücləri ilə davam etdirəcəklərini söyləyib.

İclasda çıxış edən Müdafiə naziri Qantz, Qəzza zolağında hələ daha çox hədəfin olduğunu və bunun yalnız başlanğıc olduğunu ifadə edərək, "Qəzzadakı vəziyyəti bilirəm. İsrailə raket atəşi etmənin cəzasını çəkəcəklər deyib.

Baş Qərargah rəisi Koçavi də İsrail ordusunun, silahların da istehsal olunduğu yerlər daxil olmaqla Qəzzada 500-dən çox nöqtəni vurduğunu bildirib.

"Liderlər daxil olmaqla onlarla fəalı öldürdük. Binaları vurduq, yerlə-yeksan etdik. Digər tərəfdən Qəzzadakı vəziyyət pisdir" kimi ifadələrdən istifadə edib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...