İsrail və Fələstin qarşıdurmasında SON STATİSTİKA

İsrailin Qəzzadakı hava hücumunda 13 mərtəbəli bina çöküb. SİA xəbər verir ki, Rimal məhəlləsindəki "Hanadi" adlı 13 mərtəbəli bina İsrail döyüş təyyarələrinin hava zərbələrində vurulub. Qəzzanın qərbindəki hadisədən sonra alovun və tüstünün qalxdığı, yaralıların və insan tələfatının olduğu bina barədə dəqiq bir məlumat yoxdur.

Qeyd edək ki, açıqlamalarda binanın çökməsindən 2 saat sonra ölü və yaralı aşkar edilməyib. Hadisədən sonra Qəzzadan Təl-Əvivə göndərilən raketlər üç nəfəri yaralayıb. Askalana edilən raket hücumunda iki qadın həyatını itirib. İsrailin hücumlarında indiyə qədər 10 uşaq, 1 qadın və 28 fələstinli öldürülüb və 152 nəfərin yaralandığı açıqlanıb. Qəzzadan atılan raket hücumları nəticəsində 3 İsrail vətəndaşı ölüb, 7 nəfər yaralanıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə