Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb

Rusiyanın Simferopol bölgəsində Federal Təhlükəsizlik Bürosunun (FTB) Krım şöbəsi üzrə əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan terror təşkilatlarının üzvü zərəsizləşdirilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə FTB-nin mətbuat xidməti məlumat yayıb.

FTB və Milli Qvardiyanın xüsusi təyinatlı dəstələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib. Bu zaman qarşı tərəfin cavab atəşi ilə o öldürülüb.

Hadisə ilə bağlı təcili istintaq hərəkətləri başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB