İnsanlar azalır, ağaclar artır YENİ FAKTLAR ORTAYA ÇIXDI

Meşələrin xəritəsini hazırlamaq üçün peyk məlumatlarını istifadə edən Trillion Trees, son 20 ildə dünyanın meşəlik sahələrinin Fransanın səthinin ölçüsünə qədər genişləndiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Birdlife International", "Wildlife Conservation Society" (WCS) və Ümumdünya Təbiət Fondu (WWF) tərəfindən bir trilyon ağac əkmək məqsədi ilə tədqiqatlar Trillion Trees tərəfindən başladılıb. Araşdırmaya görə, 2000-ci ildən bu yana dünyanın meşəlik sahələrinin Fransa ölçüsünə qədər genişləndiyi ortaya çıxıb. İnkişaf etməkdə olan meşə ərazisi, ABŞ-ın illik emissiyalarından daha çox olan 5.9 gigaton karbon qazının ekvivalentini mənimsəmək potensialına malikdir.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə