Hindistanın Qanq çayında virusdan ölən xəstələrə aid olduğu iddia edilən çox sayda cəsəd tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bihar əyalətinin səlahiyyətliləri, dünən gecə Qanq çayında tapılan 71 cəsədin əyalətdəki səhiyyə işçiləri tərəfindən araşdırıldığını, ancaq ölüm səbəblərinin hələ müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, digər tərəfdən, Qazipur sakini Surinder adlı bir vətəndaş, kəndlilərin ölülərini yandırmaq üçün odunun çatmadığını, buna görə də "ölülərini basdırdıqlarını" söyləyib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...