Medvedçukun evində NƏ AXTARILIR?

Ukraynanın "Həyat Üçün Müxalifət Platforması" partiyası rəhbəri Viktor Medvedçukun Kiyevdəki evində axtarış aparılır. SİA xəbər verir ki, bu barədə ZN.UA internet nəşri məlumat yayıb.

"Rusiyapərəst siyasətçi Viktor Medvedçukun Kiyevin Montajnikov küçəsindəki evində axtarışlar davam edir", deyə nəşr Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyinə istinadla yazır.

Nəşr Medvedçuk və ailəsinin bu ünvanda müvəqqəti yaşadığını, Kiyev yaxınlığındakı əsas evində isə əsaslı təmir aparıldığını bildirib.

"Mənbə ərazinin xaricdən “Alfa” qrupu xüsusi təyinatlıları tərəfindən mühasirəyə alındığını söyləyib”, deyə nəşr yazır.

Xatırladaq ki, eyni zamanda axtarışın hansı məsələ ilə əlaqədar, niyə aparıldığı da göstərilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...