Türk əsgəri şəhid olub İDLİBDƏ

Suriyanın İdlib şəhərində bir Türk karvanına raket hücumu nəticəsində bir əsgər həyatını itirib və dörd əsgər yaralanıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"10 may tarixində Türk Silahlı Qüvvələri tərəfindən İdlibdə Fevral 2020-ci ildə başladılan “Bahar Qalxanı” əməliyyatı Bölgəsindəki Türk karvanına raket hücumu nəticəsində bir əsgər şəhid olub, daha dörd nəfər yaralanıb və dərhal xəstəxanaya aparılıb", deyə Türk hərbi departamentindən bir xəbər verilib.

Bildirilir ki, hücumdan dərhal sonra Türk Silahlı Qüvvələri hücumun edildiyi yerə, müəyyən hədəflərə atəş edib. Türk karvanına kimin hücum etdiyi dəqiq bildirilmir.

Xatırladaq ki, Suriyadakı silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2017-ci ilin sonunda Suriya və İraqdakı terror qruplaşmasına qarşı qələbə elan edilib. Bu anda bir siyasi həll, Suriyanın yenidən qurulması və qaçqınların geri qaytarılması ön plandadır. Ölkənin bəzi bölgələrində silahlılardan təmizlənmə əməliyyatları davam edir və ölkənin şimalında bir sıra hökumət əleyhinə qruplar fəaliyyət göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə