Uşaqların vaksinasiyasına icazə verilir

12 və15 yaş arasındakı uşaqlara Pfizer / BioNTech peyvəndi tətbiq etmək üçün ABŞ tənzimləmə agentlikləri səlahiyyətlidir.

SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, peyvənd cümə axşamı günündən başlaya bilər.

Tənzimləmə təşkilatının bu icazəsi ilə ABŞ-da 12 və 15 yaş arasındakı uşaqlar ilk dəfə peyvənd olunacaq və ümummilli peyvənd proqramının əhatə dairəsi artacaq. Vaksinasiya uşaqların məktəbə qayıda bilməsi üçün vacib addım olaraq görülür.

Uşaqların əksəriyyəti koronavirusu yüngül və ya simptomsuz keçirir. Lakin, uşaqlar hələ də koronavirusdan ağır xəstəliyə tutulma və virusu yayma riski altındadır.

ABŞ-ın şimal qonşusu Kanada dərman şirkəti Pfizerin koronavirus peyvəndinin keçən həftənin cümə axşamı günü 12 və 15 yaş arasındakı uşaqlara vurulmasına icazə verib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə