Dünyada son sutka ərzində 677,5 min nəfər koronavirusa yoluxub

Dünyada son sutka ərzində 677 545 nəfər koronavirusa yoluxub, 11 061 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 157 973 438 yoluxma hadisəsi, 3 288 455 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385 927) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (167 820) ilə Avropa (65 404) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB