Dünya yay mövsümünə hazırdır YENİ QAYDALAR

Dünyada peyvəndlənmə kampaniyası davam edir. SİA xəbər verir ki, Avropa məhdudiyyətlərin sona çatacağı yay mövsümünə hazırlaşır. Əhalinin üçdə birinin Covid-19 peyvəndi olduğu və pandemiyanın təsiri azalmağa başladığı Avropada, şəhərlər və çimərliklər qapılarını ziyarətçilərə açmağa başladı. Həftə sonu İspaniyanın əksər hissəsində qadağa götürüldükdən sonra insanlar "azadlıq" şüarları səsləndirərək küçələrdə rəqs etdilər.

Yaya hazırlıq

Peyvəndin ilk dozasını mümkün qədər geniş auditoriyaya yaymaq siyasətinə sahib olan İngiltərə bununla həm ölüm nisbətini azaldıb, həm də yayılma nisbətini azaltmağa müvəffəq oldu. Ölkə daxilində tədbirləri daha da yüngülləşdirməyə hazırlaşan Baş nazir Boris Cakson bildirib ki, rəqəmlər həqiqəti təsdiqləyir: “Virusun bizi məğlub etməsinə icazə verməyəcəyik".

Fransa ilk dozu may ayının ortalarına qədər 20 milyon adama çatdırmağı və iyunun ortalarında bu sayını 30 milyona çatdırmağı hədəfləyir. Transmissiya sürəitindəki azalma və reanimasiya şöbələrindəki xəstələrin sayının azalmasına paralel olaraq Paris rəhbərliyi 19 May tarixindən etibarən qadağaları azaltmağa və müəssisələrin açıq hava xidmətini təsdiqləməyə hazırlaşır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə