Nazir Makrona göndərilən məktubu laga qoydu

Fransa daxili işlər naziri Jerald Darmanen hazırkı hərbi zabitlər və istefada olan generalların Fransa prezidenti Emmanuel Makrona ölkənin "dağılma" təhlükəsini elan edən müraciətlərinə dəstək olmaq istəyini bacarıqsızlıq adlandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, əvvəllər onların məktubu 40 mindən çox adam tərəfindən dəstəklənib.

Qeyd olunur ki, ilk məktubun müəllifləri Fransanın “ölüm təhlükəsi” altında olduğuna əmindirlər. Müraciəti istefada olan generallar, yüzlərlə yüksək zabit və mindən çox hərbçi imzalayıb. Məktubda bildirilir ki, "irqi müharibənin fanatik tərəfdarları" ölkəyə xor baxır və məhv edilməsini istəyirlər. İlk müraciət müəlliflərinə görə Fransa prezidenti ölkədə şiddətin artmasına diqqət yetirməlidir.

Fransa Daxili İşlər Nazirliyinin başçısı qeyd edib ki, demokratik bir ölkədə seçim az sayda hərbçinin özündə yox, xalqın ixtiyarındadır.

"Söhbət anonim şəxslərdən gedir. Bu, onların cəsarətidirmi? Çəsarət anonimlikdədirmi? Siyasətlə məşğul olmaq istəyərkən seçkilərdə namizədliyi açıq şəkildə təqdim etmək lazımdır", deyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

O, bu dırnaqarası "cəsur" cəmiyyətin anonim insanlara səs verdiyini də gülünc hesab edib.

Xatırladaq ki, bazar ertəsi, Fransız hərbçiləri prezident Emmanuel Makrona bir müraciət hazırlayıblar. Onlar yaşlı yoldaşlarının hörmətə layiq olduqlarını vurğulayıblar. Müraciət müəllifləri Makronun əvvəlki məktubun müəlliflərinə "üsyançı kimi" davrandığından əmindirlər. Eyni zamanda, mövcud hərbçilərə görə, həmkarlarının yeganə günahı "ölkələrini sevmək və açıq-aşkar məhv olmasından kədərlənməkdir".

Nəzərə çatdıraq ki, hərbiçilər, Fransada bir "vətəndaş müharibəsi" gözlənildiyini bəyan edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...