Tanınmış alman əsilli amerikalı memar Helmut Yahn ABŞ-ın İllinoys ştatının Çicaqo şəhərində yol qəzasında həlak olub.
SİA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Şəhər Polis İdarəsinin rəisi Steven Miller bildirib ki, hadisə zamanı Helmut Yahn velosipeddə olub. Qarşıdan gələn 2 avtomobilin toqquşması nəticəsində yaxınlıqda olan memar ölümcül xəsarət alıb.
“JAHN Architects” ofisinin rəhbəri 81 yaşlı memar Berlindəki “Sony Center” də daxil olmaqla, dünyada inşa edilmiş bir çox məşhur stadionlar, hava limanları və göydələnlərin layihəsini hazırlamaqla tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB