Rəsm əsərinin qiyməti HƏR KƏSİ ŞOK ETDİ

İtalyan filosofu və rəssamı Leonardo da Vinçinin çəkdiyi "Ayı Başı" rəsm əsəri Londonda iyul ayında auksiona çıxarılacaq. SİA-nın xarici mətbuata istinadın verdiyi məlumata görə, rəsm ölçüsü yalnız 7 santimetr və solğun çəhrayı-bej rəngli kağız üzərində ənənəvi bir rəsm texnikası olan "silverpoint" ilə düzəldilib.

Mütəxəssislər, "Ayı Başı" rəsminin təxminən 138 milyon lirəyə qədər alıcı tapa biləcəyini təxmin edirlər.

Rəsm əvvəlcə New York, Hong Kong və Londonda sərgilənəcək, daha sonra Londonda auksiona çıxarılacaq.

Qeyd edək ki, auksion evinin sənət mütəxəssisləri rəsm əsərini intibah dövrünün ən əhəmiyyətli əsərlərindən biri hesab edirlər.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə