Haramzadaların yeni “qələbə” ümidi..?

Allah Sizə min rəhmət eləsin, Mirzə Cəlil. Vaxtilə yazdığınız "Bəlkə də qaytardılar" hekayəsi bu gün ermənilər tərəfindən gündəmə gətirilərək, yenidən aktuallaşıb. Amma bu dəfə başqa səpkidə. Belə ki, yaxın vaxtlarda özlərinə gələcəklərinə belə ehtimal olunmayan xain xislətli qonşularımız indi də "bizim hələ yeni qələbələrimiz olacaq" deyə biri-birlərinə təskinlik verirlər.

Maraqlıdır ki, hələlik Qərblə Rusiya arasında quyruq bulamaqla seçim etməkdə "tərəddüd edən" haramzada millətin kələkbaz nümayəndələri yaranmış hər şəraitdən "bəhrələnməyə" çalışırlar.

Məsələn, İrəvanda 9 May Qələbə gününü böyük canfəşanlıqla düzənləyib bununla özlərini rusların yanında "şirin" salmağa çalışdıqları heç də təəccüblü deyil. Ermənilər, hətta düzənləmə zamanı alman faşizmini dayandıran erməni ata babalarını da xatırlayıblar. Amma elə də dərinə getməyiblər. Çünki, bəziləri bilməsə də, çoxları onların Böyük Vətən Müharibəsnə gedən erməni ata-babalarının əksəriyyətinin sonradan alman faşistlərinə xidmət elədiyini yaxşı bilirlər.

Hələ onların baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın nasist ordusu sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşdüyü barədə xəbərlər təzəcə səngiyib. Ona görə də, dediyim kimi, çox dərinə getmək lazım deyil. Yoxsa o biri ermənilərində faşist tulaları olmuş ata-babaları ilə bağlı xalqdan gizlətdikləri zibillər üzə çıxa bilər.

Deyim ki, əslində, ermənilərin 9 May Qələbə günü ilə bağlı İrəvanda sərgilədikləri toplantı, yalançı bir toplantıdan başqa bir şey deyil. Çünki, onlar artıq 30 ilə yaxın idi ki, 9 mayı Qarabağda yaratdıqları "müdafiə ordusu"nun "yaranma" günü kimi qeyd edirdilər. Bu gün isə Azərbaycan Ordusu tərəfindən beli qırılaraq məhv edilən "müdafiə ordusu"nu ermənilər hansı adla yad etsinlər? Məsələ bundadır ki, istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahir olan eməniləri yandırıb-yaxan da budur.

...İndi, "bəlkə də qay... yox ey, "bizim hələ yeni qələbələrimiz olacaq" deməklə deyil axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə