Daha 386 nəfər koronavirusdan ölüb İRANDA

İranda son sutka ərzində 386 nəfər koronavirusdan ölüb. SİA xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 74 910 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 14 141 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 654 811-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə