Bir gündə minlərlə insan virusa yoluxub ALMANİYADA

Almaniyada son bir gündə 12 656 nəfər koronavirus infeksiyasına yoluxub, 127 pasiyent dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 520 329 yoluxma halı aşkarlanıb, 84 775 mindən çox ölüm faktı qeydə alınıb. Sağalanların sayı 3 milyonu keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə