Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 817 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 817 mindən çox artıb.

SİA Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına istinadən bildirir ki, ötən sutka ərzində 817 345 nəfər yeni koronavirusa yoluxub, 13 426 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 156 496 592, ölənlərin isə 3 264 143 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə