Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb

Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb

Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb.

SİA-nın məlumatına görə, bu barədə "reuters.com" saytı ölkənin insan hüquqları üzrə müvəkkilinin aparatının verdiyi məlumata istinadən bildirib.

Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 nəfər itkin düşüb. Etiraz və iğtişaşlar zamanı ölənlərin sayı 26-ya çatıb.

Qeyd edək ki, Kolumbiyada 28 apreldən etibarən vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə daha güclüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə