Belçikada kafe və restoranlar açılıb, komendant saatı ləğv edilib

Belçikada altı ay sərt qapanmadan sonra bu gün kafe və restoranlar açılıb, komendant saatı ləğv edilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu gündən etibarən ölkə sakinlərinin kafe və restoranlara getməsinə icazə verilsə də, ancaq müştərilərin qəbulu açıq havada və ya bir örtük altında olacaq.

Paytaxt Brüsseldə artıq həftənin şənbə və bazar günləri üçün restoranlarda masalar əvvəlcədən sifariş edilib.

Bütün bunlara baxmayaraq, sanitariya şərtlərinə, sosial məsafənin qorunmasına polis nəzarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...