Qareginin abidəsinin qara günü yaxındadır

Qareginin abidəsinin qara günü yaxındadır

Ermənilər “milli qəhrəman” kimi təqdim etdikləri, əslində isə yaşadığı şəraitə uyğun olaraq xarici xüsusi xidmət orqanlarının buyuruğunu yerinə yetirmiş Qaregin Nijdenin Xocavənddə qoyduqları büstünün sökülməsi ilə bağlı hələ də “tərəddüd" edirlər. Amma büstlə bağlı göstərilən təpkilər qarşısında aciz olduğunu etiraf etmək istəməyən Vitali Balasanyan bunu, yəni büstün sökülüb-sökülməsinin yerli sakinlərin həll edəcəyini bildirib. Təbii ki, bu da erməni fitnəsinin bir nümunəsidir. Belə ki, onların “quyruqları qapı arasında qalanda” hər cür rola girməyi də bacarırlar.

“Xocavənddə faşist tulası Qaregin Nijdeyə qoyulan abidə mayın 9-na kimi sökülməlidir”. Bunu isə bir müddət bundan əvvəl rusiyalı siyasətçi Yevgeni Mixaylov bildirib.

Qeyd edilməlidir ki, lövbər saldıqları yeri özəlləşdirməyə adət edən ermənilər, utanmadan həmin ərazilərdə özlərinin “qəhrəman”, dünyanın isə satqın, xain kimi tanıdıqları ermənilərə abidələr qoymağa adət ediblər. Təbii ki, yaşadıqları ölkə səlahiyətlilərinin bununla bağlı hansı mövqe nümayiş etdirəcəyi ermənilər üçün elə də bir “önəm kəsb etməsə də”, amma həmin ərazilərin yerli sakinləri buna biganə qalmayıblar.

Xatırladaq ki, ermənilərin himayədarı olan Rusiyanın Armavir şəhərində Qaregin Nijdeyə qoyulan xatirə lövhəsi dəfələrlə yerli sakinlər tərəfindən rəngli boyalarla boyadılıb, tanınmaz hala salınıb. Nəhayət, şəhər səlahiyyətliləri gəlmə ermənilərin bütün narazılıqlarına baxmayaraq, xatirə lövhəsinin şəhər ərazidən yığışdırılması barədə göstəriş verib.

...İndi ermənilərin saxta “milli qəhrəman”ı Qaregin Nijde üçün Azərbaycan ərazisində qoyulanyapılan abidəsinin də bu aqibətlə üzləşəcəyi heç bir şübhə doğurmur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə