Sutkada 15 mindən çox yoluxma hadisəsi ALMANİYADA AŞKARLANIB

Sutkada 15 mindən çox yoluxma hadisəsi ALMANİYADA AŞKARLANIB

Almaniyada koronavirus infeksiyasına yoluxanların sayı gün ərzində 15 685 nəfər artıb. SİA xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin bir hissəsi olan və ölkədə COVID-19-un yaranma statistikasını aparan Robert Kox İnstitutu məlumatı yayıb.

Məlumata görə, sutka ərzində bu infeksiya səbəbi ilə 238 nəfər ölüb.
Həmçinin qeyd olunur ki, bir gün əvvəl sutka ərzində yoluxanların sayı 18 485, ölüm sayı isə 284 olub.
İnstitutun məlumatına əsasən, epidemiyanın başlanğıcından bəri Almaniyada 3 507 673 nəfər koronavirusa yoluxub, 84 648 xəstə isə ölüb. Ümumilikdə, üç milyondan çox insan bu xəstəlikdən sağalıb.
İndi Almaniyada koronavirusun üçüncü dalğası davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə