Bu gün Çexiya ilə Rusiya arasında yaşanan diplomatik qalmaqal bütün parametrlər üzrə inkişaf etməkdədir. SİA xəbər verir ki, Praqa Moskva ilə münasibətlərin soyumasını həm iqtisadi, həm də siyasi mənada müzakirə edir.
Rusiya saytlarının yazdığına görə, hazırda Praqa vəziyyətin ticarət və diplomatik münasibətlərə necə təsir göstərə biləcəyini düşünür.
Xatırladaq ki, Çexiya ixracatının əsas məhsullarından biri də pivədir. Qeyd edək ki, bu gün Rusiya bazarına təxminən 400 min hektolitr çex pivəsi ixrac edilir. Əslində, bu, cüzi bir pay hesab edilsə də, Çexiyadan gətirilən bu məhsul Rusiya pivə istehlakının təxminən 50 faizidir, yəni Çexiya üçün bu ixracat illik ümumi istehsalın 2 faizini təşkil edir.
Maraqlıdır ki, hazırda Praqada rusların Çexiya pivəsini boykot etmək qərarından çox qorxurlar. Təbii ki, bunu Avropa ölkəsinin rəsmiləri də dilə gətirməkdən çəkinmirlər.
Onu da xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya "Alkoqolsuz pivə bazarının iştirakçıları assosiasiyası" dərnəyinin icraçı direktoru Kamal Lebedev Çex Respublikasından pivə idxalının mümkün məhdudlaşdırılmasının sənayeyə elə də təsir etməyəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB