9 may - Qələbə Günü münasibətilə Ukraynada 500-dən çox tədbir keçiriləcək
9 may - Qələbə Günü münasibətilə Ukraynada 500-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin təhlükəsizliyinin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 11 mindən çox heyəti cəlb ediləcək.
SİA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Məlumata görə, tədbirlərdə 60 mindən çox vətəndaşın iştirakı nəzərdə tutulur. Bu tədbirlərin təhlükəsizliyində 7300 polis, 3 min nəfər Milli Qvardiyanın hərbi qulluqçusu, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edəcək.
Xatırladaq ki, Ukraynada İkinci Dünya müharibəsi ilə əlaqəli iki tarix - 8 may Xatirə və Barış Günü, 9 may- Nasizm üzərində Qələbə Günü qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB