Tatarıstanda magistral yolda iki minik avtomobili toqquşub, 4 nəfər ölüb

Tatarıstanda magistral yolda iki minik avtomobili toqquşub, 4 nəfər ölüb

Rusiyanın Tatarıstan Respublikasında Aqrız-Krasnı Bor magistral yolunda “Nissan” və “KİA Rio” markalı minik avtomobilləri toqquşub.

SİA Rusiya Daxili İşlər Nazirliyinin Regional idarəsinə istinadən xəbər verir ki, ötmə əməliyyatı edən “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks istiqamətə çıxıb və qarşı tərəfdən gələn “KİA Rio” ilə toqquşub.

Zərbənin gücündən yoldan çıxan “Nissan” aşaraq alovlanıb. Hadisə nəticəsində “Nissanın” sürücüsü, “KİA Rio”da olan bir qadın və iki azyaşlı uşaq ölüb.

Digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə