Belarusiyada qırmızı və ağ rənglərdə ayaqqabı və corab geyən qadın cərimələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müxalifətin rəngi olaraq bilinən və Belarusiyada qadağan edilən qırmızı-ağ rəngli corab və ayaqqabı geyinən Natalia Sivtsova-Sedushkina 650 pound cərimə edilib.

Qeyd edək ki, 1918-ci ildə tanıdılmış və 1990-cı illərin əvvəllərində qısa müddət yenidən görünən ağ-qırmızı-ağ bayraq Belarusiyada müxalifət hərəkatı tərəfindən istifadə olunur.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə