Ukraynanın "NATO" ümidi ABŞ-dan DƏSTƏK

ABŞ dövlət katibi Antoni Blinken dünən Ukraynaya rəsmi səfəri ilə bağlı sosial media hesabında açıqlama verib: "Kiyevdə Prezident Zelenski və görüşdüyüm hər kəslə səmərəli vaxt keçirdim”

Ukrayna Prezidenti Zelenski sosial şəbəkədə "Antoni Blinkeni Ukraynada görməkdən məmnunam. Bu səfər xalqımız, müstəqilliyimiz və suverenliyimiz üçün çox vacibdir. Ukraynanın müasir və rəqabətcil olmasına kömək edən dəstəyə və əməkdaşlığa görə minnətdarıq. Ukrayna ilə ABŞ arasında yalnız emosional deyil, həm də möhkəm münasibətlər mövcuddur” paylaşım edib. ABŞ mətbuatında yayılan xəbərlərə görə, Zelenskinin Blinken ilə görüşündə ölkəsinin NATO üzvlüyü üçün lazımi dəstəyi verməsini istədiyini bildirib.

Digər tərəfdən ABŞ mətbuatı,Co Baydenin Rusiyaya rəsmi səfərindən əvvəl Ukraynaya ziyarətinin əhəmiyyətli bir inkişaf olduğunu yazdı. Yerli mediada yer alan xəbərlərə görə, "Prezident Co Baydenin Blinkeni Ukraynaya göndərməsi, Ukraynanın ABŞ-ın xarici siyasətində əhəmiyyətli bir yerə sahib olduğunu göstərir."

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə