"Tvitter"dən üzvlərinə pul qazanmaq üçün YENİ ŞANSLAR

Sosial media platforması "tvitter", üzvlərinə pul qazanmaq üçün "bəxşiş qutusuna" bənzər yeni bir tətbiq əlavə edəcəyini açıqlayıb. Buna görə, müəyyən sayda abunəçisi olan istifadəçilər tərəfindən istifadə edilə bilən bu xüsusiyyət sayəsində "tvitter"də pul qazanmaq mümkün olacaq. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, "tvitter"in "Tip Jar" (Tip Jar) adlı tətbiqi sayəsində istifadəçilər sevdikləri insanlara pul göndərə biləcəklər. Pul göndərmə üsulları arasında "Bandcamp", "Cash App", "Patreon", "PayPal" və "Venmo" kimi variantlardan istifadə edilə bilər.

Məhsulların inkişaf etdirilməsi üzrə meneceri Ester Kravford bildirib ki, "tvitter" istifadəçilərinə maddi dəstək almaq və ya vermək üçün yeni yollar yaratmaq üzərində işləri davam etdirir: "Tvitter bu istiqamətdə ilk addımını "Tip Jar" xüsusiyyəti ilə atır". "Tvitter"dən faydalana biləcəklər. Bu tətbiq hələlik "tvitter"in ingilis istifadəçiləri üçün əlçatan olacaq.

İlk növbədə "tvitteri" ingilis dilində istifadə edənlər yararlanacaq. Bu tətbiq daha sonra digər dillərə daxil edilərək genişləndiriləcəkdir.

Yeni tətbiqə görə, "bəxşiş qutusu" "tvitter"in ingilis dilli istifadəçilərinin profil səhifəsindəki "izlə" düyməsinin yanında yerləşəcək. "Tvitter bəxşişləri kəsməyəcəyini də açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə