“ABŞ Prezidenti bizə müddət verib" - ABŞ generalı

“ABŞ Prezidenti bizə müddət verib" - ABŞ generalı

"ABŞ Komandanlığı qoşunları, planlaşdırıldığı kimi, sentyabr ayına qədər Əfqanıstandan çıxara biləcəyinə əmindir".

SİA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən deyib.

"ABŞ Prezidenti bizə işi sentyabr ayından gec olmayaraq başa çatdırmaq üçün bir müddət verdi.
Qoşunların çıxarılması istiqamətində əsas mərhələlərimizin dəqiq tarixlərini açıq şəkildə demək istəmirəm, çünki son nəticəyə təsir edəcək bir çox amillər var", deyə ABŞ generalı vurğulayıb.

Talibanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə hücumlarından bəhs edən general Mark Milley diqqətə çatdırıb ki, qoşunların çəkilmə prosesi başlayandan bəri ABŞ və koalisiya qüvvələrinə bir dəfə də olsun hücum edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə