Maldiv Respublikasının keçmiş prezidenti partlayış nəticəsində yaralanıb

Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.

SİA RİA Novostiyə istinadən xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə