ABŞ və İran kompromisə gedir? YENİ ÇALARLAR

ABŞ Dövlət Departamentinin rəsmisi, ABŞ və İranın 2015-ci il nüvə anlaşmasının şərtlərinə yaxın həftələrdə qayıda biləcəyini, ancaq İranın bu mövzuda siyasi addım atmalı olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmisi telekonfransla keçirdiyi mətbuat brifinqində Vyanada davam edən nüvə danışıqlarında irəliləyiş əldə olunduğunu, ancaq hələ müzakirə ediləcək bir çox mövzu olduğunu söyləyib. "Həm ABŞ, həm də İranın önümüzdəki həftələrdə İranla 2015-ci il nüvə anlaşmasının şərtlərinə qayıtması mümkündür"-deyib.

ABŞ-ın nüvə anlaşmasına qayıtmaq üçün sanksiyaların ləğvi ilə bağlı hansı addımları atmalı olduğunu bildiyini vurğulayan rəsmi, "Eynilə İranın da razılaşma şərtlərinə qayıtmaq üçün nə etməli olduğunu başa düşürük"-deyib.

ABŞ və İran arasında sanksiyaların necə qaldırılacağı ilə bağlı bəzi fikir ayrılıqlarının olduğu bildirilib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə